Daha bir dünya çempionu öldü
İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olmuş futbolçu Corc İsthem 88 yaşında vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə onun keçmiş klubu, İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"nin mətbuat xidməti məlumat yayıb.
Keçmiş futbolçu 1966-cı ildə dünya çempionluğunu qazanmış komandanın vəfat edən 19-cu üzvü olub. Hazırda həmin heyətdən cəmi üç futbolçu - İan Kallaqan, Terri Peyn və Ceff Hörst sağ qalıb.