Daha bir küçədə xüsusi hərəkət zolağı təşkil edildi - FOTO
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
AYNA-dan meqale.com-a bildirilib ki, nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət zolağı təşkil edilib.
Belə ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.