Daha bir tanınmış vəfat etdi

Tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Emil Kərimov vəfat edib.

Daha bir tanınmış vəfat etdi
Tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Emil Kərimov vəfat edib.

meqale.com APA-ya istinadən bildirir ki, o, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb. O, 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olub. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləyib. 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olub.