Daha bir təşkilata “exit poll” keçirməyə icazə verildi
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün daha bir təşkilat müraciət edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, seçkilərdə "exit poll" keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib: "Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində "exit poll" keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma "exit poll" üçün şərait yaradılması qanunauyğun hesab edilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.