Daha bir tiktoker həbs olundu
Azərbaycanda daha bir tiktoker həbs olunub.
meqale.com xəbər verir ki, tiktoker Zəhra Abbasova barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.
Z.Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub.
Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.