Daha bir ulduz "Mançester Siti"dən ayrılır
"Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardu Silva gələn yay "Benfika"ya qayıda bilər. Hazırda tərəflər danışıqlar aparırlar.
meqale.com-ın məlumatına görə, bu barədə "A Bola" xəbər verir.
Bildirilir ki, Silva məzunu olduğu "Benfika"ya qayıtdığı təqdirdə maaşının azaldılmasına razıdır.
"Şəhərlilər" cari mövsümün o qədər də yaxşı olmayan nəticələri fonunda heyəti yeniləmək istəyi səbəbindən 30 yaşlı yarımmüdafiəçini sata bilərlər. Bununla yanaşı, Silvaya "Barselona" da maraq göstərir.