Daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

12:13 05.02.2008-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

TƏBİB-dən meqale.com-a verilən xəbərə görə, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

-------- 10:01 Lənkəranda azyaşlı qız qızılcadan ölüb.