Daha iki futbolçu "Qarabağ"ı tərk edir
"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.
meqale.com xəbər verir ki, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.
Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.
Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.
Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.