Daha iki nəfər qidadan zəhərləndi

Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.

Daha iki nəfər qidadan zəhərləndi
Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.

meqale.com report-a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.