“Dailysabah” Azərbaycandakı prezident seçkilərinin əhəmiyyətini şərh edib
Türkiyənin nüfuzlu "Dailysabah" nəşri Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən yazıb.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etməklə tarixinin yeni mərhələsinə qədəm qoyması bildirilir. Bu mərhələ Azərbaycan üçün çox vacibdir. Seçkinin təyin olunmasının əsas səbəblərindən biri də məhz bu məqamdır.
Məqalədə Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyi və əldə etdiyi nailiyyətlər barədə şərhə də yer verilib.
Məqalə ilə daha ətraflı qəzetin saytında tanış olmaq mümkündür.