Dani Alveş futbola qayıdır
"Barselona" və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveş Portuqaliyanın III divizionunda mübarizə aparan "San-Juan-de-Ver" klubunu satın almağı düşünür.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Alveş eyni zamanda növbəti altı ay ərzində peşəkar futbola dönüş ehtimalını da dəyərləndirir. İlkin planlara əsasən, o, klubun sahibi olmaqla yanaşı, həm meydanda çıxış etməyi, həm də inzibati və idman yönümlü rəhbər vəzifələri icra etməyi planlaşdırır. Futbolçunun mümkün debütü və aktiv karyeraya dönüşü gələn mövsüm üçün nəzərdə tutulur.
Qeyd edək ki, Dani Alveş 2023-cü ildən bəri rəsmi oyunlarda iştirak etmir. O, İspaniyada cinsi zorakılıq ittihamı ilə həbs olunmuş, iş bir ildən çox davam etmiş və 2024-cü ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin 2025-ci ildə məhkəmə sübutların yetərli olmamasını əsas gətirərək ittiham hökmünü ləğv edib.
Zəngin karyerası ərzində Alveş "Barselona" ilə 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub. O, "Sevilya" ilə iki UEFA Kuboku, PSJ ilə isə iki Fransa çempionluğu qazanıb.