Kanadalı alimlərin apardığı araşdırmalar göstərib ki, mübahisələr zamanı ünsiyyət tərzi yalnız münasibətlərin keyfiyyətinə təsir etmir, həm də tərəfdaşların psixi sağlamlığını birbaşa təsir altına alır. Araşdırmalara görə, bir tərəfin pozitiv davranışları və dəstək verici yanaşmaları digər tərəfdə oxşar reaksiya doğuraraq münasibətin inkişafına müsbət təsir göstərə bilər. Əksinə neqativ davranışlar isə çox vaxt qarşı tərəfdə mənfi reaksiyalara və əlavə narahatlıqlara səbəb olur. Bu nəticələr münasibətlərdə ünsiyyətin əhəmiyyətini bir daha vurğulayır.