Ded Hasanın taclandırdığı qanuni oğru həbs edildi - FOTO

ABŞ-ın Nyu-York şəhərində gürcü cinayətkar dəstəsinin 4 üzvü hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq saxlanılıb.

Ded Hasanın taclandırdığı qanuni oğru həbs edildi - FOTO
ABŞ-ın Nyu-York şəhərində gürcü cinayətkar dəstəsinin 4 üzvü hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq saxlanılıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" məlumat yayıb.

Saxlanılanlar arasında qanuni oğru Vaja Qabadadze (Natan Yusupov) və onun üç şəriki - Kaxa Katsadze, Tava kimi tanınan Teymuraz Tavberidze və David Tikaradze də var. Onların hamısı Kutaisi sakinləridir.

İttihama görə, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına kimi qrup üzvləri zərərçəkmişdən fiziki zor tətbiq edərək pul tələb ediblər. Günahları sübuta yetirilərsə, onları 20 ilə qədər həbs gözləyir.

Vaja Kutaisski kimi tanınan Vaja Qabadadze 1983-cü ildə anadan olub. O, 28 oktyabr 2012-ci ildə Afinada Ded Hasanın klanı tərəfindən taclanıb.