DƏHŞƏT: Müəllimləri daşıyan avtobus qəzaya düşdü, yaralılar var
Türkiyənin Şanlıurfa şəhərində müəllimləri daşıyan xidməti avtobus qəzaya uğrayıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində çoxlu sayda müəllim yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunub.
Qəzanın səbəbi məlum deyil.