Dəhşətli avtobus qəzasında onlarla insan öldü
Perunun qərbində avtobusun 300 metrlik uçurumdan düşməsi nəticəsində azı 20 nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsindəki doqquz sərnişin sağ qalıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Polis ölənlərin meyitlərinin axtarışını davam etdirir. Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun