Dəm qazından ölən 22 yaşlı tələbənin FOTOsu

Naxçıvanda bədbəxt hadisə baş verib.

Dəm qazından ölən 22 yaşlı tələbənin FOTOsu
Naxçıvanda bədbəxt hadisə baş verib.

meqale.com "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində qeydə alınıb.

Laçın rayon sakini 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.