Dənizdə yük gəmisində partlayış
Qırmızı dənizdə Honkonq bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.
meqale.com xəbər verir ki, bu barədə "AP Diaplous Group" dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.
Hadisə Yəmənin Hodeyda limanından 225 km məsafədə baş verib. Yanğınla nəticələnən partlayışın səbəbi hələ ki məlum deyil. Heyət üzvləri gəmini tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.