Deputatın şərhləri hətta jurnalisti də güldürdü - VİDEO

Arzu Nağıyev Milli Məclsinin nüfuzuna xələl gətirməkdə davam edir.

Deputatın şərhləri hətta jurnalisti də güldürdü - VİDEO
Arzu Nağıyev Milli Məclsinin nüfuzuna xələl gətirməkdə davam edir.

Nağıyev indi də yerli telekanalların efirlərində ona göstərilən iltifatdan geninə-boluna sui-sitifadə edir. Yeri gəldi və gəlmədi telekanalların efirlərini "bəzəyən" Nağıyev siyasi səriştəsizliyi və savadsız açıqlamaları ilə ölkə ictimaiyyətinin gülüş obyektinə çevrilir. 

"Biz Azərbaycanı Sovetlər dövründə icarəyə vermişdik", "Albert Aqarunovun hərəkətləri İsrail-Azərbaycan münasibətlərini inkişaf etdirir", "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təhdidində iştirak edir", "Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərim yüksək dəyərləndirilir", "Region dövlətləri öz aralarında sülh müqaviləsi imzalamalıdır", "Biz təəssüf ki, Azərbaycan həqiqətlərini dünyaya doğru-düzgün çatdıra bilmirik", "Ölkəyə ölümlə bağlı basqılar vardı. Ona görə də ölümlə bağlı qanunlar ləğv edildi", "44 günlük müharibədə yəhudi icması əsgərlər üçün 1000 ədəd paltarı məhz mənə vermişdi" və digər bu kimi gülməli və siyasi səhvlərlə dolu ifadələr Arzu Nağıyevin "yaradıcılığı"nın məhsuludur. 

Əlbəttə ki, bu siyahını uzatmaq olar. Amma Nağıyevin də müsahibələrində tez-tez təkrarladığı kimi "əsas məsələ də ondan ibarətdir ki", deputatın bu kimi açıqlamalarına niyə geniş tribuna verilir? Axı yerli telekanalların rəhbərləri, redaktor və məsul prodüserləri öz efirlərində səsləndirilən fikirlərə cavabdeh olmalıdır. Yaxşı, deyək ki, telekanal rəhbərləri də məsuliyyətsizlik edir, efirə çağırdıqları qonaqların siyasi səviyyəsinə əhəmiyyət vermirlər. Bəs, digər aidiyyatı qurumlar? Onlar niyə efirlərə nəzarət etmirlər?