Deputatlar Zəfər parkını ziyarət edir

Sentyabrın 27-də - Anım Günündə Milli Məclisin deputatları, rəsmi şəxslər Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edirlər.

Deputatlar Zəfər parkını ziyarət edir
Sentyabrın 27-də - Anım Günündə Milli Məclisin deputatları, rəsmi şəxslər Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edirlər.

meqale.com Trend-ə istinadən xəbər verir ki, ziyarətçilər parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.