Di Mariyanın yeni klubu rəsmən bəlli oldu - FOTO

Argentina millisinin sabiq üzvü, "Benfika"dan ayrılan Anhel Mariyanın yeni komandası müəyyənləşib.

Di Mariyanın yeni klubu rəsmən bəlli oldu -  FOTO
Argentina millisinin sabiq üzvü, "Benfika"dan ayrılan Anhel Mariyanın yeni komandası müəyyənləşib.

meqale.com xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi sabiq klubu "Rosario Sentral"a qayıdıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Di Mariya "Rosario Sentral"ın yetirməsidir. O, 2005-2007-ci illərdə Argentina təmsilçisinin əsas komandasında oynayıb. Anhel bu müddət ərzində bütün turnirlərdə 39 matça çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.

Di Mariya karyerası ərzində "Benfika", "Real", "Mançester Yunayted", PSJ və "Yuventus"un da formasını geyinib. /QOL.az