UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
meqale.com report-a istinadən xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi "Qarabağ" cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Cəbəllütariq çempionu "Linkoln"la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.
Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi, cavab oyunu 19 iyul 20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) Baş hakim: Eldorjan Hamiti (Albaniya) Bakı Olimpiya Stadionu