Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək
Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub.

meqale.com axşam.az-a istinadən bildirir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:

"Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqlar gedir. Ad günümdə özüm-özümə həyəcan yaşadıram". 

Dilarə biletlərin baha-olub olmayacağı ilə bağlı suala belə reaksiya verib:

"Niyə ucuz olsun ki? Xahiş edirəm, imkanı çatanlar gəlsin".