Diləndiyi iddia edilən uşaqların valideynləri sığınacağa HÜCUM ETDİLƏR - VİDEO

Diləndirildiyi iddia edilən 2 azyaşlının Uşaq Sığnacağı Reinteqrasiya mərkəzinə yerləşdirilməsi valideynlərinin narazılığına səbəb olub.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, onlar mərkəzə gələrək uşaqlarını özləri ilə aparmağa cəhd ediblər.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, sığınacağın sosial şəbəkə hesablarına 2 azyaşlının metronun  20 yanvar stansiyası  yaxınlığında diləndirilməsi ilə bağlı çoxsaylı videolar göndərilib.

Kəmalə Ağazadənin sözlərinə görə, uşaqlar sığınacağa gətirildikdən sonra onların valideynləri övladlarının mərkəzdə olması ilə bağlı məlumatlandırılıb.

Çəkiliş apardığımız zaman uşaqların valideynləri yenidən sığnacaqa gələrək azyşalıları özləri ilə aparmaq istədiklərini bildirdilər.

İnsidentin təfərrüatları və baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.