DİN-dən xəbərdarlıq: Bu bildirişlərə aldanmayın!
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
meqale.com müraciətin mətnini təqdim edir:
"Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.
Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı "e-mail" xidmətinin oxşar versiyasına yönəldilir.