Direktor büdcədən 26 min mənimsəyibmiş

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov mənimsəmədə təqsirləndirilir.

Direktor büdcədən 26 min mənimsəyibmiş
Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov mənimsəmədə təqsirləndirilir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, A.Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi  və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına  əsaslı şübhələr müəyyən edilib.