Dispetçer “Kovyor” planının tətbiqi barədə ekipaja məlumat verməyib
Qroznıdakı dispetçer 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ekipajına "Kovyor" planının tətbiqi barədə məlumat verməyib.
meqale.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.
Hesabatda "Kovyor" planının Azərbaycan təyyarəsinin vurulmasından sonra tətbiq olunduğu dəqiqləşdirilib.
Sənədə əsasən, dispetçer "Kovyor" planının tətbiqi ilə bağlı ekipajı məlumatlandırmayıb. Qroznı və Rostov dispetçerləri ilə ekipaj arasında aparılan danışıqların hesabatlarında "Kovyor" planı ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.