Dollar ən yüksək səviyyəyə qalxdı
Bu gün dolların məzənnəsi əsas dünya valyutalarına nisbətdə son iki ilin maksimumuna çatıb.
meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, dollar indeksi 2022-ci il 10 noyabr tarixindən bəri ilk dəfə 110 baldan yuxarı olub.
Artımın əsas səbəbi ABŞ-da məşğulluqla bağlı məlumatların dərc edilməsi olub. Yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib ki, bu da Federal Ehtiyat Sistemini (FES) faiz dərəcələrini yavaşlatmağa vadar edə bilər.