Donbas separatçılarının liderlərindən İqor Strelkova hökm oxunub

Rusiya məhkəməsi Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov (Qirkin) barəsində hökm çıxarıb.

Donbas separatçılarının liderlərindən İqor Strelkova hökm oxunub
Rusiya məhkəməsi Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov (Qirkin) barəsində hökm çıxarıb.

meqale.com APA-ya istinadən xəbər verir ki, Strelkov cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Strelkov 2023-cü ilin iyulunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi (ekstremizmə açıq çağırışlar) ilə ittiham olunub.

İqor Strelkov 2014-cü ildə Donbasdakı hadisələrdən sonra məşhurlaşıb. Onun rəhbərliyi altında dəstələrdən biri Ukrayna hakimiyyətinə qarşı silahlı üsyana başlayıb. Strelkov 2014-cü il mayın 16-dan avqustun 14-dək qondarma "DXR"-in müdafiə naziri vəzifəsində çalışıb. "Zavtra" qəzetinə verdiyi müsahibədə Strelkov "müharibənin tətiyini çəkən" olduğunu söyləyib.

2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.