Donuz tövləsinə çevrilən Şah Abbas məscidi...
1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində inşa edilən Şah Abbas məscidi 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrilib.
meqale.com Kult.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
Bayramov bildirib ki, Şah Abbas məscidi doğulduğu Füzuli rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında yerləşirdi:
"Tarixiliyi ilə seçilən abidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb".
Millət vəkilinin sözlərinə görə, Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil: