"Dostlarıma yazıb pul istəyir"
Renka ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradovanın adından istifadə edilərək dələduzluq törədilib.
meqale.com xəbər verir ki, bu barədə rəqqasə özü sosial şəbəkə hesabında məlumat yayıb.
Renka bildirib ki, naməlum şəxs "Votsap"da onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.