Dövlət komitəsindən dizel və benzinlə bağlı vacib məlumat
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 913,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən meqale.com-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,2 dəfə, ağ neft istehsalı 12%, sürtkü yağları istehsalı 10,3%, neft bitumu istehsalı 7,1%, dizel yanacağın isə 1,1% artıb.
Məlumata görə, hesabat dövrü ölkədə avtomobil benzini istehsalı 0,9%, neft koksu istehsalı isə 10,8% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri
2024-cü ilin yanvar-sentyabr aylarında
istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən, faizlə
01.10.2024-cü
il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
1070,5
99,1
3,5
Ağ neft, min ton
492,9
112,0
41,2
Qazoyllar (dizel yanacağı), min ton
1752,9
101,1
182,0
Mazut, min ton
26,9
5,2 d.
1,2
Sürtkü yağları, min ton
49,4
110,3
6,8
Maye qazlar, min ton
151,4
84,6
1,7
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,
min ton
869,1
105,0
55,2
ondan:
neft bitumu, min ton
211,9
107,1
14,8
neft koksu, min ton
157,0
89,2
39,3