Dövlət qurumu iki gəmini satışa çıxardı - QİYMƏT

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət qurumlarına məxsus bir neçə nəqliyyat vasitəsini satışa çıxarır.

Dövlət qurumu iki gəmini satışa çıxardı - QİYMƏT
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət qurumlarına məxsus bir neçə nəqliyyat vasitəsini satışa çıxarır.

Bu barədə meqale.com dövlət xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus hərəsindən bir ədəd olmaqla UAZ-31512 xüsusi, KAMAZ 43101, UAZ-3962 xüsusi sanitar, QAZ-66 P-142 və eləcə də iki ədəd QAZ-3308 yük nəqliyyat vasitəsi hərraca çıxarılır. Onların start qiyməti 14 200 manat, 10% behin həcmi isə 1 420 manatdan başlayır.

Siyahıda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki elmi tədqiqat və təchizat gəmisi də yer alıb. Belə ki, onlardan biri "ƏLİF HACIYEV" elmi tədqiqat, digəri isə "QRADUŞİY" təchizat gəmisidir. Sözügedən nəqliyyat vasitələrindən birincisinin start qiyməti 295 min manat, digərinin isə 20 min manatdır. Eyni zamanda 10%behin həcmi müvafiq olaraq 29 500 və 2 000 manat müəyyənləşdirilib.

Bundan başqa, hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısında Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinə məxsus bir ədəd QAZ-3110-101 minik avtomobili də yer alıb. Bu nəqliyyat vasitəsinin start qiyməti 1000 manat, 10% behin həcmi isə 100 manatdır.

4 mart 2025-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını təqdim edirik: