Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barədə iş qaldırıb.
meqale.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, quruma səhmdar cəmiyyətinin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə "Azərbaycan Dəmir Yolları"nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib.