Dövlətdən pul almaq istəyənlərin nəzərinə - 5 gün ərzində...
"Baş nazir sosial ödənişlərin müəyyənləşməsi, verilməsi, eyni zamanda dayandırılması ilə bağlı qərar imzalayıb. Belə ki, həmin qərarla sosial ödənişlərlə bağlı yeni qaydalar müəyyənləşib".
meqale.com xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni qaydalar proaktivdir, əksər sosial ödənişlər praktik olaraq müəyyənləşəcək və sosial ödənişlərin bir qismi müəyyən olunduqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək:
"Bir sıra sosial ödənişlər, 5 iş günü ərzində müəyyənləşərək vətəndaşa ödəniş həyata keçiriləcək və nəticədə yeni qaydalar imkan verəcək ki, sosial ödənişlərin əlçatanlığını təmin etmək mümkün olsun.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə çalışan vətəndaşlarımız üçün nəzərdə tutulan ödənişlər yalnız proaktiv, yəni elektron formada həyata keçiriləcək. Sosial ödənişlər yalnız plastik kartlara ödəniləcək. Burada məqsəd şəffaflığın gözlənilməsi və prosedurların azaldılmasıdır.
Sosial ödənişlərin verilməsi qaydaları da müəyyənləşib. Qaydalarla yanaşı, eyni zamanda dayandırılması qaydaları da müəyyənləşib. Belə ki, bir sıralarda sosial ödənişlərin dayandırılması həyata keçirilir. Məsələn, ömürlük dövlət qulluqçusu təqaüd alırsa və yeni dövlət qulluğuna işə qəbul olunmuş halda təqaüd dayandırılır. Eyni zamanda, əgər tələbə təqaüd alırsa, universitetdən xaric olunursa, o an praktiki olaraq təqaüdün dayandırılması həyata keçirilir.