Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur - Nazir
Dövlətin cərimələrdən pul qazanmaq niyyəti yoxdur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, burada məqsəd hansısa düzgün olmayan fəaliyyəti yasaqlamaqdır.
"Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. Parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir", - deyə o əlavə edib.
Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.