Döyülən uşaqların anası yenə hamilədir... - YENİLƏNİB - VİDEO - FOTO

19:19 Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar. 

Döyülən uşaqların anası yenə hamilədir...  - YENİLƏNİB - VİDEO - FOTO
19:19 Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ana, Rəhimova Sevinc Telman qızı üçüncü övladına hamilədir.

Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox "TikTok"da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır. 

Əldə etdiyimiz digər məlumata görə, hazırda uşaqların sənədləri hazırlanır və azyaşlılar müalicə və müayinələri bitdikdən sonra körpələr evinə yerləşdiriləcək.

APA-nın məlumatına görə, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

Bu gün "Qafqazinfo"nun əməkdaşı Ziya Əmirxanlı ailənin yaşadığı evə gedib. Lakin qapı bağlı olub və evdə adam olmayıb. 

Həmin ailənin qonşusu Vaqif Quliyev hadisə haqda danışarkən bildirib ki, uşaqlar daha öncə də dəfələrlə döyülüb, hamamda soyuq su ilə çimizdirilib: "Oğlan əqli qüsurlu idi. Dünən axşam da həyətdə uşağı şillə ilə döyürdü. Qapıları bağlı idi, içəri girib mane ola bilmədim. Sonra qorxularından evə girdilər. Uşaqlara zülm veriblər. Soyuq su ilə çimizdiriblər, gözümlə görmüşəm. Uşaq da ağlayırdı. Dəfələrlə demişdim ki, bu uşaqlara belə zülm verməyin". 

Həmin məkandan çəkilən görüntüləri təqdim edirik:

------- 18:55

2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib.

Bu barədə Nəsimi Rayon Məhkəməsindən bildirilib.

Qeyd edilib ki, Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər - Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.

Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.

Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.

-------- 22:37 Valideynləri tərəfindən döyülərək körpələr evinə verilən azyaşlı anasına qaytarıldıqdan sonra yenidən zorakılığa məruz qalıb.

meqale.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, körpənin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.

"Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb", - məlumatda bildirilib.

-------- 20:54

Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

meqale.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələri aparılır. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağır olduğundan, onun Bakı şəhərinə gətirilməsi üçün tədbirlər görülür.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi məsələni nəzarətə götürüb. Mərkəzin əməkdaşları uşaqların yanında olub, onların səhhəti ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Baş vermiş hadisə zamanı valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirərək onların mənəviyyatını alçaldıblar, qəddarlıq, kobudluq və biganəlik nümayiş etdiriblər. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsinin kobud şəkildə pozulması deməkdir", - Teymur Mərdanoğlu əlavə edib.

O qeyd edib ki, mövcud vəziyyət valideynlərin məsuliyyətə cəlb olunması və Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə ilə nəticələnəcək.

--------- 18:41 Ağdamda ağır xəsarətlər alan iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun atası tərəfindən döyüldüyü iddia olunur.

Hadisə rayonun Xındırıstan kəndində baş verib. 

Belə ki, iki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub.

Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.