DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar verildi
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdim etdiyi vəsatət əsasında qəbul edilib.
Məhkəmənin qərarına əsasən, Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (mənimsəmə və ya israf etmə) ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.