DTX-yə yeni səlahiyyət verilir

Milli Məclis "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"u təsdiqləyib.

DTX-yə yeni səlahiyyət verilir
Milli Məclis "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"u təsdiqləyib.

meqale.com-ın xəbərinə görə, bununla bağlı "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"un təsdiq edilməsi haqqında" qanun layihəsi parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.

Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.