Dünya Bankı bu mübarizəyə 40 milyard dollar ayırır
Dünya Bankı (DB) iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün ildə 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Dünya Bankının rəhbəri Acay Banqa deyib.
"Bu gün Dünya Bankı qarşısına 2025-ci ilə qədər illik gəlirimizin 45%-ni iqlim fəaliyyətinə yönəltmək kimi iddialı məqsəd qoyur. Biz ambisiyalarımızı artırırıq, ona görə də bu məqsədlər üçün ildə 40 milyard dollardan çox vəsait ayıracağıq ki, bu da ilkin hədəfdən təxminən 9 milyard dollar çoxdur", - Banqa bildirib.