Dünya çempionu məscid işçisinin çənəsini SINDIRDI - ANBAAN VİDEO

İstanbulda yerləşən məscidlərdən birində qeyri-adi və xoşagəlməz bir hadisə baş verib. meqale.com xəbər verir ki, Kikboks üzrə keçmiş dünya çempionu Yavuz Özden ilə məscidin təmizlik işçisini vəhşicəsinə döyüb. Hadisə zamanı təmizlik işçisi Osman Hedef ağır yaralanıb.

Məlumata görə, Yavuz Özden əlillər üçün nəzərdə tutulmuş tualeti yoxlayarkən Osman Hedef tərəfindən xəbərdarlıq edilib. Təmizlik işçisi Hedef, Özdenə tualetdən düzgün istifadə qaydalarına riayət etməli olduğunu bildirib. Lakin bu xəbərdarlıq boksçu tərəfindən mənfi qarşılanıb və nəticədə aralarında mübahisə yaranıb.

Şahidlərin sözlərinə əsasən, mübahisə qısa zamanda fiziki zorakılığa çevrilib. Təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə Yavuz Özdenin Osman Hedefə dəqiqələrlə yumruq və təpik zərbələri endirdiyi anlar əks olunub. Hadisə nəticəsində Osman Hedefin çənəsi sınıb, üzü isə qismən iflic olub.

Hadisə yerinə çağırılan təcili yardım tərəfindən dərhal xəstəxanaya çatdırılan Hedef təcili əməliyyat olunub. Onun vəziyyətinin kritik olmadığı, lakin uzunmüddətli müalicəyə ehtiyacı olduğu açıqlanıb.

Osman Hedef baş verənlərlə bağlı polisə müraciət edib və Yavuz Özden barəsində şikayət ərizəsi yazıb. Hüquq-mühafizə orqanları təhlükəsizlik kamerası görüntülərini araşdırmağa başlayıb.