Dünya rekordu qırdı

Keniyalı idmançı Beatris Çebet 5000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib.

Dünya rekordu qırdı
Keniyalı idmançı Beatris Çebet 5000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib.

meqale.com oxuya istinadən xəbər verir ki, idmançı ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant liqa mərhələsində 13 dəqiqə 58,06 saniyə nəticə göstərərək rekorda imza atıb.

Bundan əvvəlki rekord 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqay tərəfindən müəyyən edilib.

Çebetin 25 yaşı var, o, 2024-cü ildə Parisdə 5000 metr məsafəyə qaçış üzrə Olimpiya çempionudur. Dünya çempionatında gümüş (2022) və bürünc (2023) medal qazanıb.