Dünya ulduzu "Fənərbağça"ya YOX DEDİ
PSJ-nin ulduzu Marko Asensio "Fənərbağça"nın transfer təklifinə yox cavabı verib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçu "Bülbülərin"in illik 9 milyon avroluq maaşına "ağız büzüb".
Tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşmışdı. Lakin ispaniyalı son anda qərarını dəyişib.
Qeyd edək ki, Asensio bu mövsümü icarə əsasında İngiltərənin "Aston Villa" klubunda keçirib.