Dünya ulduzu "Qarabağ"la matçı buraxacaq

İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Dünya ulduzu
İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

meqale.com Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. 

Buna forvardın zədəli olması səbəb olub. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.