Dünyada antisemitizmin səviyyəsi rekord həddə

Ərəb-İsrail münaqişəsinin kəskinləşməsi fonunda dünyada antisemitizmin səviyyəsi 1180% artıb.

Dünyada antisemitizmin səviyyəsi rekord həddə
Ərəb-İsrail münaqişəsinin kəskinləşməsi fonunda dünyada antisemitizmin səviyyəsi 1180% artıb.

meqale.com xəbər verir ki, İsrailin Diaspor İşləri Nazirliyi, Ümumdünya Sionist Təşkilatı və Yəhudi Agentliyi birgə hesabat dərc edib. Bu hesabata əsasən, HƏMAS və İslami Cihadın oktyabrda İsrailə hücumundan sonra bütün dünyada antisemit hadisələr dalğası baş verdi.

Parisin yəhudi icmasının radiostansiyasının verdiyi məlumata görə, sənədə əsasən, internetdə İsrailə, sionistlərə və yəhudilərə qarşı zorakılıq çağırışları da daxil olmaqla, bütün dünyada antisemit xarakterli bəyanatların sayı əvvəlki ayın eyni tarixləri ilə müqayisədə 1180%, müharibədən əvvəlki dövrlə müqayisədə 400%, müqayisədə isə 340%. artıb.

Qeyd olunur ki, bu məzmunun əksəriyyəti ərəb (71%) və ingilis (28%) dillərində dərc olunur.