Dünyanı heyrətə salan anakonda öldürüldü

"Ana Culiya" ləqəbli səkkiz metrlik anakonda Amazon cəngəlliyində ölü tapılıb.

Dünyanı heyrətə salan anakonda öldürüldü
"Ana Culiya" ləqəbli səkkiz metrlik anakonda Amazon cəngəlliyində ölü tapılıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, onun sağlığında çəkilmiş görüntülər bir neçə həftə əvvəl bütün dünyaya yayılmışdı. Bu barədə "Daily Mail" məlumat yayıb.

Anakonda 7,9 metr uzunluğunda idi və dünyanın ən uzun ilanlarından biri idi. Kəşf haqqında ekspedisiyanın iştirakçılarından biri olan niderlandlı alim Frik Vonk məlumat vermişdi. Martın əvvəlində yayımlanan videoda "Ana Culiya" ilə üzən odur.

Vonk sosial şəbəkədə "Ana Culiya"nın indiyə qədər gördüyü ən böyük ilan olduğunu yazıb. Onun sözlərinə görə, anakonda insanlar tərəfindən öldürülüb: