Dünyanın 5 ən varlı adamı bir gündə 23,9 milyard dollar İTİRDİ
Dünyanın ən varlı adamları son ticarət günündə 24 milyard dollara yaxın vəsait itiriblər.
meqale.com xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Belə ki, bazarlar texnologiya və lüks sektorlardakı indekslərin azalmasına reaksiya verib.
Nəticədə LVMH şirkətlər qrupunun sahibi Bernard Arno 9,3 milyard, "Nvidia"nın baş direktoru Censen Huan 6,3 milyard, "Tesla" və "SpaceX" sahibi İlon Mask 3,8 milyard, Larri Ellison (Oracle) 2,3 milyard və Fransuaza Betancour-Meyer (L'Oréal) 2,2 milyard dollar itiriblər.