Dünyanın ən hündür taxta göydələni tikiləcək
ABŞ-nin Miluoki şəhərində taxtadan dünyanın ən hündür göydələni tikiləcək.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, bina "Michael Green Architecture" tərəfindən layihələndirilib.
Hələlik göydələnin hündürlüyü ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, onun 55 mərtəbəyə qədər olacağını bildirib. Hal-hazırda da dünyanın ən hündür taxta binası Miluokidə yerləşir. Həmin tikili 25 mərtəbədən ibarətdir.
Çoxlu terrasa yer veriləcək binanın qülləsi qismən yaşıllıqlarla örtüləcək. Təklif olunan layihə üçün 700 milyon dollardan çox investisiya tələb olunur.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun