Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu

"Barselona" Konqo Demokratik Respublikası ilə böyük sponsorluq müqaviləsi bağlamağa yaxındır.

Dünyanın ən kasıb ölkəsi
"Barselona" Konqo Demokratik Respublikası ilə böyük sponsorluq müqaviləsi bağlamağa yaxındır.

meqale.com xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, klub dörd il ərzində 11 milyon avro alacaq.

Qeyd olunur ki, "Barselona" bu ölkədə turizmi təbliğ etmək üçün komandanın formasında "DR Konqo - Afrikanın ürəyi" loqosunu yerləşdirəcək. 

Konqo DR mis, kobalt və uranla zəngindir, lakin dünyanın ən kasıb 5 ölkəsindən biridir. Əhalinin 65%-i gündə 2,15 dollardan az pulla yaşayır. Dünya Bankı deyir ki, Konqo Afrikanın ən zəngin ölkələrindən biri olmaq üçün resurslara və potensiala malikdir.