Dünyanın ən məşhur 10 derbisi - SİYAHI

"FourFourTwo" nəşri dünyanın futbol üzrə ən məşhur 10 derbisini açıqlayıb.

Dünyanın ən məşhur 10 derbisi - SİYAHI
"FourFourTwo" nəşri dünyanın futbol üzrə ən məşhur 10 derbisini açıqlayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, 10 oyunun olduğu siyahının ilk pilləsində Argentinada "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçirilən prinsipial qarşılaşma yer alıb.

Şotlandiyada "Seltik" - "Reyncers" dueli ikinci, İspaniyada "Real Madrid" - "Barselona" görüşü üçüncüdür. Türkiyədə "Fənərbağça" və "Qalatasaray" kollektivləri arasında oynanılan İstanbul derbisi isə 4-cü sırada qərarlaşıb.

Dünyanın ən məşhur 10 derbisi:

1. "River Pleyt" - "Boka Xuniors" (Argentina)

2. "Seltik" - "Reyncers" (Şotlandiya)

3. "Real Madrid" - "Barselona" (İspaniya)

4. "Fənərbağça" - "Qalatasaray" (Türkiyə)

5. "Borussiya" (Dortmund) - "Şalke" (Almaniya)

6. "Mançester Yunayted" - "Liverpul" (İngiltərə)

7. "Roma" - "Latsio" (İtaliya)

8. "Əl-Əhli" - "Zamalek" (Misir)

9. "Marsel" - PSJ (Fransa)

10. "Milan" - "İnter" (İtaliya).