Dünyanın ən sağlam qidası elan edildi

Mütəxəssislərin apardığı genişmiqyaslı araşdırmalar nəticəsində dünyanın ən sağlam qidası açıqlanıb. Minlərlə məhsul arasından zirvəyə yüksələn qida isə razyana olub.

Dünyanın ən sağlam qidası elan edildi
Mütəxəssislərin apardığı genişmiqyaslı araşdırmalar nəticəsində dünyanın ən sağlam qidası açıqlanıb. Minlərlə məhsul arasından zirvəyə yüksələn qida isə razyana olub.

Vitamin və mineral baxımından olduqca zəngin olan razyana müntəzəm istifadə edildikdə immuniteti gücləndirir, bədəni sərbəst radikalların zərərli təsirindən qoruyur. Həmçinin, diabet riskini azaltmaqla yanaşı, xroniki xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynayır.

Toxumları həzm dostu, çayı isə sakitləşdirici təsirli

Razyana həm yarpaqları, həm toxumları, həm də kökü ilə mətbəxdə geniş istifadə sahəsinə malikdir. Toxumları həzmi asanlaşdırır, qaz və mədə spazmını aradan qaldırır. Razyana çayı isə sakitləşdirici təsiri ilə stressi azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır və sinir sistemini tarazlaşdırır.

Vitamin və mineral anbarı

Dəmir, kalsium, maqnezium və kaliumla zəngin olan razyana, sümük sağlamlığını dəstəkləyir, eyni zamanda əzələ funksiyalarının düzgün işləməsinə kömək edir. Metabolizmanı tənzimləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.